"Napoli"nin prezidenti Aurelio De Laurentis Avropa Liqasının yarımfinalında "Dnepr"ə qarşı matçdan (1:1) sonra sərt açıqlama verib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, dünən gecə keçirilən matçda rəqibin ofsaytdan qol vurduğunu deyib.
Hakim səhvləri ucbatından qalib gələ bilmədiklərini vurğulayan Laurentis UEFA prezidenti Mişel Platinini ittiham edib: "Haqqımız tapdalandı. Platini prezidentlik vəzifəsindən getməlidir. UEFA bu qarşılaşmanı idarə etməyə layiq olmayan hakimlərə təyinat verdi. Hakimlər "Dnepr"in yanındadırsa, deməli, UEFA kuboku bu komandanın qazanmasını istəyir".
Qeyd edək ki, "Napoli"nin 1:0 hesabı ilə irəlidə olduğu matçda "Dnepr" 80-ci dəqiqədə Seleznyovun qolu ilə yekun hesabı müəyyənləşdirib - 1:1.
Aşağıda təqdim etdiyimiz videodan da göründüyü kimi, “Dnepr” bərabərlik qolunu ofsayddan vurub. Top ötürülən zaman Ukrayna klubunun futbolçusu oyundan kənar vəziyyətdə olub.
Bu yerdə xatırlatmaq yerinə düşər ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "İnter"lə matçda son dəqiqədə vurduğu təmiz qol qeydə alınmadığı üçün növbəti mərhələyə Ağdam klubu yox, “Dnepr” yüksəlmişdi.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar