Azərbaycan futbolunun yaralı yerlərindən biri də oyunçularımızın danışıq qabiliyyətinin aşağı səviyyədə olmasıdır. Əksər hallarda biz jurnalistlər futbolçularımızın fikirlərini qələmə alarkən çox çətinlik çəkirik. Həmkarlarımız arasında apardığımız sorğuda ən yaxşı danışıq qabiliyyətinə malik olan futbolçumuzu müəyyənləşdirməyə çalışdıq.
Altay Əliyev (AzTV): “Fikrimcə, ən səlis danışanlar Aslan Kərimov və Ruslan Abışovdur”.
İlkin Fikrətoğlu (ATV): “Nisbətən Aslan Kərimov daha səlis danışır. Karyerasını bitirənlərdən isə Qurban Qurbanov və Ramiz Məmmədovla ünsiyyət qurmaq mənim üçün daha münasibdir”.
Rövşən Binnətli (Lider): “İndiki oyunçulardan millimizin qapıçısı Kamran Ağayevin adını çəkə bilərəm. Eyni zamanda Kamal Quliyev də səlis danışıq qabiliyyətinə malikdir. Ötənlərin məşhur futbolçularından isə Təbriz Həsənovun adını çəkmək olar”.
Anar Cəfərsoy (Supersport.Az): “Ümumiyyətlə səlis, maraqlı danışmaq və suallara ətraflı cavab vermək baxımından Tərlan Əhmədov, Rəşad Sadıqov və Müşfiq Hüseynov seçilirlər. Onların fikrini yazmaq asandır və redaktə etməyə elə də ehtiyac duyulmur”.
Vüqar Zeynalov (Azerisport.com): “Fikrimcə, azərbaycanlı futbolçular arasında ən yaxşı danışıq qabiliyyətinə malik olanı Aslan Kərimovdur. Ondan müsahibə alandan sonra çox redaktə etməyə ehtiyac olmur. Başqa kiminsə adını çəkə bilmərəm”.
Rüstəm Piriyev (Extratime.Az): “Mən bir yox, bir neçə oyunçunun adını çəkə bilərəm. Mahmud Qurbanov, Kamran Ağayev, Rəşad Sadıqov və Cahangir Həsənzadənin adını qeyd etmək mümkündür. Fikrimcə, məhz bu oyunçular ölkəmizdə ən yaxşı danışıq qabiliyyətinə malik olanlardır”.
İxtiyar Əsgərov (Apasport.Az): “Azərbaycan futbolunda az-çox danışa bilənlərdən yalnız Rəşad Sadıqovun adını çəkə bilərəm. Digərləri isə yalnız rusca danışır”.
Erkin İbrahimov (Azerifootball.com): “Rəşad Sadıqovun adını qeyd edə bilərəm. Sözü üzə demək xasiyyətinə görə isə Samir Əliyevi fərqləndirərdim”.
İbrahim Cəfərov (Qol.Az): “Fikrimcə, Azərbaycanda ən yaxşı danışıq qabiliyyətinə malik futbolçu Rəşad Sadıqovdur. Məhz Rəşaddan müsahibə alarkən, onu çox redaktə etməyə ehtiyac olmur. O cümlədən Mahmud Qurbanov, Rail Məlikov və Ceyhun Sultanovun da danışıq qabiliyyəti yaxşıdır”.
Beləliklə, sorğunun nəticəsinə əsasən millimizin kapitanı və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovun adı daha çox çəkildi. Eyni zamanda Aslan Kərimov, Kamran Ağayev və Mahmud Qurbanovun da adı digər oyunçularla müqayisədə daha çox hallandırıldı.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək
“Qarabağ”da daha çox qalmaq istəyərdim” – Simeon Slavçev
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
Ançelotti: "Budo-Qlimt" Avropanın ən yaxşı komandasıdır"
“Çelsi” Rayan Messini transfer etməyə hazırlaşır
Futbolda bu da oldu, topu robot gətirdi - Video
Çempionlar Liqasında ilk 1/4 fnalçılar müəyyənləşir
Braziliya millisinin heyəti açıqlandı
“Fiorentina” səfərdən 3 xalla qayıdır
Cəlal Hüseynovun komandası 10 nəfərdə qalib gəldi
“Şirvan” qələbə qazandı - Video
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir