Dünən Unibank Premyer Liqanın VIII turu çərçivəsində keçirilən “Bakı” - “Neftçi” oyununu izləyənlər arasında “zolaqlılar”ın sabiq baş məşqçisi Coko Haciyevski də var idi. Qol.Az-ın məlumatına görə, matçın startından bir saat öncə arenaya gələn makedoniyalı mütəxəssis qarşılaşmaya sabiq köməkçiləri - Nazim Süleymanov və Asif Əliyevlə birgə tamaşa etdi. Lakin nə oyundan əvvəl, nə də oyundan sonra Haciyevski sabiq klubunun çıxışına qiymət vermək istəmədi: “Oyunu özünüz də izlədiniz. “Bakı”nın çıxışına qiymət verməyim düzgün çıxmaz. İndi nəsə desəm, yaxşı alınmaz. “Bakı”ya yalnız uğurlar arzulayıram”.
“Neftçi”yə qarşı tarixi oyunu xatırlayırsınızmı? sualını isə Haciyevski belə cavablandırdı: “Yəqin ki, 5:1 hesabıyla qalib gəldiyimiz matçı nəzərdə tutursunuz. Həmin oyunu necə unutmaq olar? Həqiqətən də möhtəşəm bir matç idi. Deyəsən, “Neftçi” həmin matça qədər heç vaxt qapısından 1 oyunda 5 qol buraxmamışdı. Həmin gün komanda möhtəşəm idi. İstədiyimiz hər bir şeyi meydanda reallaşdırırdıq. Oyundan bir gün qabaq “Neftçi”nin o vaxtkı baş məşqçisi Petrjelanın “Bakı” bizimlə oyunda 1 xal qazansa, bu onlar üçün qələbəyə bərabər olacaq” açıqlaması isə komandanın motivasiyasını daha da artırmışdı. Nəticədə böyükhesabla qalib gəldik”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər