UEFA tarixində ilk dəfə hakimin yanlış qərarı səbəbindən oyunun təkrar keçirilməsinə qərar verib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Norveçin 19 yaşadək qadınlardan ibarət futbol yığmaları arasında keçirilən oyun hakimin qərəzli qərarı ilə yadda qalıb.
Norveçin 2:1 hesabı ilə üstün olduğu oyunun son dəqiqələrində baş hakim Mariya Kurtes Skandinaviya təmsilçisinin qapısına penalti təyin edib. İngiltərə yığmasının üzvü Liya Vilyamson penaltidən hesabı bərabərləşdirsə də, referi zərbə zamanı qayda pozuntusunu əsas gətirərək qolu qeydə almayıb. Almaniyalı hakim penaltinin təkrarlatmaq əvəzinə Norveçin lehinə sərbəst zərbə təyin edib. Oyun Norveçin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra ingilislərin etirazları bəhrəsini verib. UEFA hakimin qərarının yanlış olduğunu bildirirək oyunun yenidən keçiriləcəyini bəyan edib. Oyun uzatma dəqiqələrindən, ingilislərin penalti zərbəsi ilə başlayacaq. Hər iki komanda eyni futbolçularla meydanda olacaq. Lakin almaniyalı referi Mariya Kurtes bu oyunu idarə etməyəcək.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "İnter" oyunu da hakim səhvi ilə yadda qalmışdı. Matçının son dəqiqələrində Riçard Almeyda rəqib qapısına yol tapsa da, görüşün baş hakimi Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. Ağdam təmsilçisinin qələbənin "Qarabağ"a verilməsi və ya oyunun yenidən keçirilməsi ilə bağlı UEFA-ya etdiyi şikayət isə nəticəsiz qalmışdı.
A seriyasında yeni qərar
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu
Mahir Emrelidən maraqlı paylaşım - Şəkil
Pedri hazırdır
Pyaniç karyerasını başa vurdu
Rusiya klubunun məşqçisi 32 yaşında vəfat etdi
Dünyanın ən bahalı qapıçıları - Siyahı
Əşrəf Hakimi 2 aydan sonra meydana qayıtdı
Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı
Avropada driblinq üzrə lider
Qələbə qazanmadan pley-offa yüksəldi
Azərbaycanda 1-ci liqa klubu dağılmaq ərəfəsində
La Liqada ilin rəmzi komandası
Ramos Avropaya qayıtmağa yaxındır
Misir Salahsız heç-heçə etdi, pley-offa vəsiqə qazandı
"Roma" 3 qolla qalib gəldi
Filipe Luislə müqavilə uzadıldı
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
Məşhur məşqçi əməliyyat olundu
"Vest Hem" yarımmüdafiəçisindən narazıdır
Superliqa klubu yeni baş məşqçisini açıqladı
"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar bilindi