Raul ABŞ klubunda debüt etdi

Raul ABŞ klubunda debüt etdi
DÜNYA FUTBOLU 5 Aprel 2015 / 13:03 4019
-  A +

"Nyu-York Kosmos"un məşhur futbolçusu Raul Qonzales Amerikada ilk rəsmi matçına çıxıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "Real"ın sabiq hücumçusu Amerika futbol liqasında "Fort-Loderdeyl Straykers"ə qarşı oyunda debüt edib. Matç "Nyu-York Kosmos"un minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Əsas heyətdə meydana çıxan Raul əzələsindəki problemə görə 53-cü dəqiqədə əvəzlənib.


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır

03.07.25  19:07

"Napoli"dən La Liqaya