Bir müddət əvvəl “Karvan”dan qovulduğu deyilən millimizin keçmiş üzvü Andre Ladaqa Qol.Az-a müsahibə verib.
- Hazırda nə işlə məşqulsan?
- Fərdi şəkildə məşq edirəm. Formamı qoruyub, saxlamağa çalışıram. Arada bir stadiondan oyunları izləyirəm.
- “Karvan”dan ayrıldıqdan sonra nə üçün vətəninə yollanmadın?
- Hazırda qışı gözləyirəm. Bir-iki klub var ki, onlarla danışıq aparıram. Çempionatda fasilə yarananda ola bilər ki, karyeramı başqa klubda davam etdirim. Buna görə də hələlik Azərbaycanda qalmağı qərara aldım.
- Hansı klublardan təklif almısan?
- İndi ad açıqlamaq istəməzdim. Çünki hələlik anlaşmamışıq. Qoy, razılığa gələk, ondan sonra ad açıqlayaram.
- Bir qədər də keçmiş klubun “Karvan” haqda danışaq...
- Mən bu komanda haqda danışmaq istəmirəm.
- Niyə?
- İstəmirəm də. Ora gəldiyimə görə peşman olmuşam.
- Amma hər halda mövsümün əvvəlində komandadan kənarlaşdırılmağın söz-söhbətə yol açdı.
- Mən komandadan kənarlaşdırılmamışam.
- Axı komandadan kənarlaşdırıldığın deyilir?
- Bir daha təkrarlayıram, məni komandadan kənarlaşdırmayıblar, özüm getmişəm.
- “Olimpik-Şüvəlan”a oyun satdığın da deyilir...
- “Karvan”a qədər bir neçə il “Bakı”da forma geymişəm, Azərbaycan milli komandasının şərəfini qorumuşam. Hətta millinin heyətində qol da vurmuşam. Oyun satan futbolçunu milli komandaya götürərlər?
- Amma etiraf et ki, “Olimpik-Şüvəlan”la oyunda həqiqətən də zəif oynadın.
- Zəif oynadığımı etiraf edirəm. Futboldur da. Bir gün zəif oynayarsan, bir gün yaxşı. Futbolda bu cür hallar normal şeydir. Mənə oyunçu göstərə bilərsən ki, hər oyun 90 dəqiqə meydanda yaxşı çıxış etsin?
- Bu məsələylə əlaqədar klubdan kimsə sənə nəsə dedi?
- Yox, heç kim məni oyun satmaqda ittiham etmədi. Bunu edə də bilməzlər. Amma mən orda inamsızlıq gördüm. Söhbət heç də bu məsələdən getmir. Bir müddət zədəliydim, sağalmağım isə vaxt aparırdı. Onlar da özlərini elə aparırdılar sanki, mən zədəli yox, tam sağlamam və özüm qəsdən meydana çıxmıram. Bütün bunlara görə o komandada qalmaq istəmədim.
- Səndən sonra komandanın kapitanı İlham Yadullayevi də heyətdən uzaqlaşdırdılar. Bu haqda məlumatın var?
- Eşitmişəm, amma həmin vaxt komandada olmadığımdan nəsə deyə bilmərəm. Amma İlham komandaya ən çox can yandıranlardan biri idi. Kapitan olmağı da “Karvan” üçün önəmli oyunçu olmasını göstərirdi.
- Artıq Yunis Hüseynov “Karvan”dan istefa verdiyini açıqlayıb. Komandaya yeni baş məşqçi gələcəyi halda, ora dönməyin mümkündür?
- Yox, “Karvan”a qayıtmaram.
- “Bakı”dan niyə ayrıldın?
- Haciyevski məni heyətdə görmək istəmirdi, mən də getdim.
- Qışda “Bakı”ya qayıtmağın mümkündür?
- Hər bir şey mümkündür. Amma bu klubdan heç bir təklif almamışam. - Ümumiyyətlə, bu gün (söhbət dünən olub - red) “Bakı”nın “İnter”ə qarşı keçirdiyi oyun haqda nə deyə bilərsən?
- İlk növbədə onu deyə bilərəm ki, mənim çıxış etdiyim “Bakı”yla indiki arasında fərq çoxdur. Həmin heyətdən yalnız Sissoko, Peres, Rafael, Muciri, Cəmşid, Ticani qalıb. Oyunçuların əksəri yenidir. Ona görə də bu komandanı yaxşı tanımıram. Amma bu gün “İnter”ə qarşı pis oynamadılar. Sadəcə olaraq, bu oyunun taleyini bir səhv etdi.
- Amma sən “Bakı”da çıxış edən zamanı demək olar ki, həmişə “İnter”i udurdunuz.
- Hə, elədir. “İnter” hamıyla bacarırdı, yalnız bizdən başqa.
- Kubokun finalında bu komandanın qapısına vurduğun qolu xatırlayırsan?
- Əlbəttə, o cür qolu unutmaq olar?! Azərbaycana gəldiyim ilk ildəcə titul qazanmağı çox istəyirdim. Elə alındı ki, kubokun finalında həlledici qolu vurmaq mənə qismət oldu. Buna görə çox sevinirdim.
- Bir vaxtlar “Bakı”nın heyətində gözəl oyun sərgiləyən, Azərbaycan millisinin heyətində qol vuran Andre Laqada həqiqətəndəmi bu gün heç kimə lazım deyil? Bəlkə yaş öz sözünü deyir?
- Mən qocalmamışam, oynamağa özümdə güc hiss edirəm. Bu gün istənilən iddialı klubda forma geyməyə hazıram. Buna gücüm çatar.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı