"Bavariya"da ciddi itki: səkkiz həftə oynamayacaq

"Bavariya"da ciddi itki: səkkiz həftə oynamayacaq
DÜNYA FUTBOLU 1 Aprel 2015 / 13:11 3801
-  A +

"Bavariya" ciddi itki ilə üzləşib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Avstriya millisinin futbolçusu David Alaba Bosniya və Hersoqovina ilə yoldaşlıq matçında zədələnib.

Tibbi müayinədən keçən 22 yaşlı müdafiəçinin durumunun ciddi olduğu müəyyənləşib. Onun səkkiz həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Avstriya - Bosniya və Hersoqovina oyunu 1:1 hesabı ilə başa çatıb.


Son xəbərlər