“Bugün uduzmağımızın günahkarı hakimdir. Məhz onun “səy”ləri nəticəsində meydanı xalsız tərk etdik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Olimpik-Şüvəlan”la oyunsonrası mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis “Olimpik-Şüvəlan”ın qələbəyə layiq olmadığını sözlərinə əlavə edib: “Bu gün pis oynamadıq. Hesab edirəm ki, “Olimpik-Şüvəlan” qələbəyə layiq deyildi. Qol vurmaq üçün bir normal şansları belə olmadı. Qolu da heç nədən vurdular. Mən deyərdim ki, onların fərqləndiyi epizodda qolu biz özümüz yaratdıq”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord