Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti, “Xəzər-Lənkəran”ın fəxri-prezidenti Mübariz Mənsimov son günlər iki ölkə arasında baş verən proseslərə münasibət bildirib. Mənsimov “Doğan” agentliyinə müsahibəsində Türkiyə ilə Ermənistan arasında imzalanan protokol və futbol üzrə 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Türkiyə və Ermənistan milli komandaları arasında oktyabrın 14-də keçirilmiş oyun zamanı yaşanan bayraq böhranından sonra Türkiyə - Azərbaycan münasibətlərini dəyərləndirib.
Həmyerlimiz protokolun imzalanmasından sonra Türkiyə - Ermənistan sərhədinin açılacağı ilə bağlı xəbərləri təkzib edib: "Bu protokolun imzalanması ilə sərhədlərin açılacağı haqda qərar yoxdur. Bu protokol imzalandıqdan sonra Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunmalıdır. Hörmətli baş nazir Rəcəb Tayyip Ərdoğanın da dediyi kimi, bu protokol imzalandı, ancaq Qarabağ problemi çözülmədən həyata keçirilməyəcək. Hər iki xalqın Türkiyə prezidentinə güvənməsi lazımdır".
Türkiyə - Ermənistan matçında Azərbaycan bayrağının yasaqlanmasından çox pərişan olduğunu söyləyən Mənsimov "Çox pis olaydır. Mən orada idim. Matçı canlı izlədim. İlk yarını seyr etdikdən sonra ikinci hissəni gözləmədən meydançanı tərk edərək, çıxdım. Bir azəri türkü olaraq, xoş bir olay deyil. Türk polisinin türklərdən azəri bayraqlarını topladıqlarını gördüm. Çirkin olaylardır, olmaması lazımdır" deyib.
O, “Azərbaycan bayraqlarının toplanmasına təpki əlaməti olaraqmı stadionu tərk etdiniz?” sualını isə belə cavablandırıb: "Xeyr. Mən bir faşistin - Serj Sərkisyanın yanında oturmağı qəbul etmədim. O səbəbdən çıxıb getdim. Burada çirkin oyunlar oynanılır, Türkiyənin xoş niyyətindən yararlanırlar. Azərbaycanın xoş niyyətindən yararlanırlar. Bu iki xalqı bir-birinə düşmən etmək istəyirlər. Ancaq bunu heç kim bacara bilməz".
Mənbə: lent.az
Enrike, Mareska, Flik...
Qallaher, yoxsa Neves?
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı