Moskvanın «Spartak» klubunun sabiq baş məşqçisi Stanislav Çerçesov Azərbaycan millisinə namizədliyi barədə yayılan xəbərləri növbəti dəfə şərh edib. Qol.Az-ın məlumatına görə, Rusiyanın «Sport-Ekspress» qəzetinin bugünkü sayına verdiyi müsahibədə S.Çerçesov deyib ki, AFFA-dakı bəzi şəxslər daha çox onun namizədliyinin optimal olduğunu düşünürlər: «Belə zəngin futbol ənənəsi olan ölkədə işləmək mənim üçün də maraqlıdır. Amma bunun üçün ətraflı proqram hazırlanmalı və bütün səviyyələrdə dəstək qazanmaq lazımdır. Bundan başqa, yerli məşqçilərin dəstəyi olmadan Azərbaycana getməyin mənası yoxdur».
S.Çerçesov Berti Foqtsun rəhbərliyi altında Azərbaycan millisinin keçirdiyi oyunlarla bağlı fikirlərini də söyləyib: «Mən Azərbaycan komandasının bir neçə oyununu diqqətlə izləmişəm. Komandanın potensialı ortadadır. Bu ayrı məsələdir ki, seçmə mərhələdə komanda bu potensialdan tam istifadə edə bilmədi». S.Çersesov Azərbaycan komandasının hücum xəttinin həmişəki kimi axsadığını söyləyib. O, bu problemin səbəbini bildiyini söyləsə də, onu açıqlamaq istəmədiyini vurğulayıb: «Mən həmkarlarımın fəaliyyətini mətbuatda müzakirə etmirəm».
S.Çersesov müsahibəni sonunda Rusiyanın bir neçə klubundan təklif aldığını desə də, Azərbaycanda işləməyin onun üçün daha maraqlı olduğunu bildirib.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir