“Həm Barbosanın, həm də Opritanın hazırlığı baş məşqçimiz Bülənt Qorxmazı qane etmir. Məhz bu səbəbdən də hər iki oyunçu komandanın əsas heyətindən kənarlaşdırılıb”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Bakı”nın baş meneceri Zeynal Məmmədov komanda üzvləri Rafael Barbosa və Daniel Opritanın əsas heyətdən uzaqlaşdırılmasına münasibət bildirərkən deyib. Klub rəsmisi bildirib ki, hər iki oyunçudan qurtulmaq üçün yol axtarırlar: “Lakin hər iki oyunçunun bizimlə müqavilələri var. Ona görə də elə etməliyik ki, futbolçular bizdən şikayət etməsinlər, aramızda heç bir narazılıq olmasın. Necə deyərlər, nə şiş yansın, nə kabab. Əgər hansısa klub həmin futbolçuları bizdən icarəyə belə istəsə, verməyə hazırıq”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir