«Şəxsi baxımdan ili normal qəbul edirəm. Düzdü, arada zədələndim. Amma şükürlər olsun ki, sonradan zədələr geridə qaldı və ili yaxşı başa vura bildim». Qol.Az-ın məlumatına görə, bu sözləri «Qarabağ» klubunun müdafiəçisi Aftandil Hacıyev söyləyib. O, komandasının ili yaxşı bitirdiyini söyləyib: «5-ci yeri tutduq. Düzdü, titul qazana bilmədik. Amma artıq çıxışa keçmişik. Qarşıdan gələn 2009-cu ildə mütləq titul qazanacağıq. Azarkeşlərimizə söz verirəm ki, qarşıdan gələn il «Qarabağ» avrokuboklarda çıxış edəcək. Bunun üçün bizim yetərli potensialımız var. Qarşıdan gələn ili son oyunlardakı kimi başlasaq, bizi saxlamaq mümkün olmayacaq».
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı