"Futbolçularda yorğunluq hiss olunur" – Qurban Qurbanov

"Futbolçularda yorğunluq hiss olunur" – Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 4 Mart 2015 / 19:25 4016
-  A +

"Azərkeşlər üçün hardasa maraqlı oyun alındı. Çox qol gördük. Komandamı təbrik edirəm. Qarşıda hələ ikinci oyunumuz da var".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalında "Bakı"ya qalib gəldikləri ilk matçdan (3:0) sonra deyib.

O,  oyunların qrafikinin çox sıx olduğunu bildirib:

"Oyunçularda istər-istəməz yorğunluq hiss olunur. Biz çalışırıq ki, hazırlığımızı yüksək səviyyədə saxlayaq".

Q.Qurbanov  "Bakı"ya növbəti matçlarda uğurlar arzulayıb:

"İbrahim Uzunca ilə oyundan sonra söhbət etdik. Bu vəziyyətdə oynamaq, çalışmaq çox çətindir. Amma buna baxmayaraq, həm məşqçi, həm də gənc oyunçuları ürəklə işləyirlər. "Bakı"ya uğurlar arzulayıram". 

Daha çox


Son xəbərlər