“Neftçi”nin baş məşqçisi, milli komandamızın məşqçisi Vaqif Sadıqov Qol.Az-a müsahibə verib.
- İlk olaraq millimizin dünənki oyunu haqda fikirlərinizi bildirərdiniz.
- Milli komandamızın Rusiya kimi “nəhəng”lə oyundakı çıxışı məni çox sevindirdi. Uşaqlar bütün güclərini meydanda qoydular. Komanda meydanın hər qarışı uğrunda, son anadək vuruşdu. Hesab edirəm ki, 1:1 hesabı bizim üçün çox yaxşı nəticədir.
- Bu hesab sizin üçün sürpriz olmadı?
- Yox, qətiyyən. Çünki mən bunu gözləyirdim. Ona görə də bu nəticəni təbii qarşıladım. Hər şey də məhz buna doğru gedirdi. Əvvəlcə Lixtenşteyni səfərdə məğlub etdik, indi də Avropa üçüncüsü olan bir komandadan xal aldıq. Bütün bunlar gələcəyə ümidlə baxmağa imkan verir.
- Millimizin heyətində hansısa oyunçunu xüsusi fərqləndirə bilərsiniz? Məsəlçün baş məşqçi Berti Foqts Kamran Ağayev, Ruslan Abışov və Vaqif Cavadovun adını çəkdi...
- Mən kimisə fərqləndirməzdim. Çünki bu uğurda bütün komandanın payı var. Oyunçuların hamısı ürəklərini meydanda qoydular. Komandanın uğurlu çıxışı üçün son anadək təslim olmadılar. Hamı yaxşı oynadı. Foqtsun fikirləriylə də razıyam. Kamran penaltini qaytardı, Vaqif isə gözəl qola imza atdı. Eyni zamanda Ruslan Abışov da inamlı təsir bağışladı. 22 yaşında olmasına baxmayaraq, Abışov bugünkü gündə çox yaxşı oynayır.
- Sizin millidəki gələcək fəaliyyətiniz necə olacaq?
- Mən hər zaman millimizə kömək olmağa çalışmışam. Rusiyayla oyunda da bacardığım qədər Foqtsa yardım etdim. Rəqibimizin evdə Almaniyaya qarşı keçirdiyi oyununu canlı olaraq stadiondan izlədim və bütün lazımı məlumatları millimizin baş məşqçisinə verdim. Amma yəqin ki, millidəki fəaliyyətim başa çatacaq. Çünki mən artıq “Neftçi”nin baş məşqçisiyəm. Bütün diqqətimi bu klubun uğurlarına yönəltməliyəm. Amma yenə də gələcəkdə lazım olsa, milliyə bütün bacardığım köməkliyi etməyə hazıram.
- Millidən gedişiniz artıq rəsmiləşib?
- Yox, hələ konkret qərar qəbul olunmayıb. Bunun üçün AFFA İcraiyyə Komitəsinin iclasını gözləmək lazımdır. Məhz orada millinin məşqçilərini gələcək taleyi həll olunacaq.
- Belə demək olar ki, son iki oyunda uğurlu nəticə qazanmaqla Foqts millimizdəki yerini qorudu?
- Mən belə deməzdim. Hələ əvvəllər də bir neçə dəfə çıxışımda demişəm ki, Foqts millidə qalıb, fəaliyyətini davam etdirməlidir. Onun zaman ehtiyacı var. Bu cür davam etsə, yaxın gələcəkdə Azərbaycan millisi Foqtsun rəhbərliyi altında daha böyük uğurlar qazana biləcək.
- Ümumiyyətlə, cari seçmə mərhələni millimiz üçün uğurlu hesab etmək olar?
- Mən milli komandaya Finlandiya ilə oyundan öncə qoşuldum. Ona görə də yalnız son 4 matç haqda danışa bilərəm. Fikrimcə həmin qarşılaşmalarda da yaxşı çıxış etdik. Finlərə qarşı komanda inamlı oynadı. Qələbə qazanmağa çox yaxın idik. Lakin təəssüf ki, sonda qələbəni əldən verdik. Almaniyanın gücü hamıya bəllidir. Ona görə də bu komandaya səfərdə uduzmağımız sürpriz deyil. Amma son iki oyunu komanda yaxşı keçirdi. Həm Lixtenşteyn, həm də Rusiyayla matçlarda uğur qazana bildik.
- Bir qədər də klubunuz haqda danışaq. “Neftçi” sizin rəhbərliyiniz altında cari mövsümdə ilk rəsmi oyununu “Qarabağ”a qarşı keçirəcək. Bu oyunun hazırlığı necə keçir?
- Hazırlığımız normal keçir. Həmişəki qaydada qarşıdakı oyuna hazırlaşırıq. Yoxlama oyunları keçirdik. Komandada vəziyyət normaldır.
- Komandanızın bir neçə üzvü Azərbaycanın bir neçə yaş qrupu üzrə, eləcə də Estoniya və Litva millilərinə çağırılıblar. Bu, sizə problem yaratmayacaq?
- “Qarabağ”la oyunöncəsi komandada əsas problem elə budur. Futbolçuların hamısını hələlik bir yerə yığa bilməmişik. Azərbaycan millisində olan üzvlərimiz bu gün komandaya qoşulublar. U-19-dakı uşaqlar isə sabah gələcəklər. Komanda şəklində, tam olaraq yalnız sabah məşq keçəcəyik. Birisigün isə artıq səfərə yollanacağıq. Bununla belə, çalışacağıq ki, vaxt azlığına baxmayaraq, hər hansı bir çətinliyimiz olmasın, hər şeyi qaydasına salaq.
- “Qarabağ”la oyunda məqsədiniz nə olacaq? Yəqin ki, “Neftçi”yə uzun fasilədən sonra qayıdışınızı qələbəylə qeyd etmək istəyirsiniz.
- Məqsədimiz yaxşı oyun oynayıb, istədiyimiz nəticəni qazanmaqdır. Çox istəyirəm ki, artıq ilk oyunlardan komandada olan problemləri yoluna qoyaq. Məqsədimiz səfərdən yaxşı, sərfəli nəticəylə qayıtmaqdır.
- Amma bu, elə də asan olmayacaq...
- Əlbəttə. Çünki rəqibimiz ölkənin ən güclü klublarından biridir. “Qarabağ” yayda avrokuboklarda möhtəşəm çıxış etdi. Komanda çempionatda da uğurla çıxış edir. Həm də bu gün “Qarabağ” Azərbaycan millisinə ən çox oyunçu verən klubdur. Bütün bunları nəzərə alaraq, qarşılaşmanın həddindən artıq gərgin keçəcəyini demək olar.
- Əvvəllər “Neftçi”nin baş məşqçisi olarkən “Qarabağ”a qarşı bir neçə dəfə çıxış etmisiniz. Həmin vaxt rəhbərlik etdiyiniz “Neftçi”ylə indiki arasında nə kimi fərqlər var?
- Fərqlər çoxdur, özü də lap çox. Burda söhbət təkcə “Neftçi”dən və ya “Qarabağ”dan yox, ümumiyyətlə Azərbaycan futbolunda olan fərqdən gedir. Sözün açığı indi bu haqda çox danışmaq istəmirəm. Amma yalnız onu deyə bilərəm ki, son illər Azərbaycan futbolunda inkişaf gedir. Bir qədər zamana ehtiyacımız var. İnanıram ki, qarşıdakı 2-3 il ərzində vəziyyət daha da yaxşı olacaq.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı