“Xəzər Lənkəran”ın vitse-prezidenti postundan ayrılan Araz Nəsirov artıq Türkiyəyə yollanmağa hazırlaşır. Qol.Az-ın məlumatına görə, fəaliyyətini “Palmali” Şirkətlər Qrupunda davam etdirəcək Araz Nəsirov ölkədən ayrılmazdan əvvəl son açıqlamasını verib. «“Xəzər Lənkəran”ın vitse-prezidenti postunda təxminən dörd ay çalışdım və bu qısa zaman kəsiyində qəlbimlə bağlı olduğum doğma klubuma xidmət göstərdim. Azərbaycanın ən böyük klubu - “Xəzər Lənkəran”ın tarixinə düşdüyüm üçün qürurluyam. Buradakı fəaliyyətim mənim üçün bir şərəf idi» - deyə A.Nəsirov bildirib. O, klub rəhbərliyinin dəstəyi ilə və ölkə xaricində qazandıqları təcrübə sayəsində əllərindən gələni etdiklərini, bir çox məsələdə irəliləyişə nail olduqlarını söyləyib: “Xəzər Lənkəran”ın rəsmisi kimi əməkdaşlıq etdiyim bütün insanlara minnətdarlığımı bildirirəm». Araz Nəsirov azarkeşlərə də müraciət edib:
«Qarşıdan ikinci dövrə durur. Komandamızda bir çox dəyişikliklər baş verdi. Bütün bunlara baxmayaraq, “Xəzər Lənkəran” çempionluğa oynayacaq və Azərbaycan çempionu titulunu qaytarmağa çalışacaq. Azarkeşlərdən komandaya həmişəkindən də ciddi dəstək verməyi xahiş edirəm. Onlar bilməlidir ki, “Xəzər Lənkəran”ı digərlərindən fərqləndirən - ürəkləri sevgidolu fanatlarıdır. Biz “Xəzər”i sevinmək üçün sevməmişik, onu var olduğu üçün sevirik».
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı