Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink millimizlə oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Hollandiyalı mütəxəssis ilk növbədə oyun haqda fikirlərini bildirib.
- Almaniyaya məğlubiyyətdən sonra bu oyun bizim üçün formal xarakter daşıyırdı. İndiki halda əsas məqsədimiz play-off oyunlarıdır. Bu qarşılaşma bizim üçün yaxşı sınaq oldu. Rusiya kimi Azərbaycan millisi də yaxşı oynadı. Rəqib futbolçular çox istəkli oynayırdılar. Birinci hissədə səhvlərə yol verirdik. Rəqib də bundan faydalanıb, qapımız qarşısında təhlükəli hücumlar yaradırdı. Xüsusən də standard vəziyyətlər zamanı təhlükəli olurdular. Düzdür, qələbə də qazana bilərdik. Lakin penaltidən istifadə edə bilmədik.
- Siz komandanızın oyunundan razı qaldınız?
- Biz seçmə mərhələni birinci kimi başa vurmaq istəyirdik. Lakin alınmadı. Bununla belə pis çıxış etdiyimizi düşünmürəm. İkinci yer də pis nəticə deyil. Bu gün də pis oynamadıq. Rəqibimiz də bizə qarşı yaxşı oynadı.
- Bu görüşdə çıxış edən debütantların oyunu haqda nə deyə bilərsiniz?
- Onlar heç də pis oynamadılar. Ümumilikdə komandada ab-hava çox gözəldir. Arşavinin də oyunundan razı qaldım. O çox gözəl oynadı. Qol da vurdu. Bir sözlə, komandadan razı qaldım.
- Oyun vaxtı tez-tez əl çalırdınız. Bunun səbəbini bilmək olar?
- Oyun ərzində bir dəfə ayağa qalxdım. Çünki tez-tez oyunçulara tapşırıq vermək istəmirdim. Bu halda onsuz da futbolçuların fikiri oyunda olur və onlar baş məşqçinin dediklərini fərqinə varmırlar. Yalnız bir-iki epizodda əl çaldım ki, bu da futbolçuların topa əllə toxunmalarına bir işarə idi.
- Komandada hansı problemlər var?
- Bəzi futbolçular fiziki cəhətdən axsayırlar. Bunun da təbii ki, subyektiv səbəbləri var. Futbolçular daha güclü çempionatlarda çıxış etməlidirlər. Daha çox oynayıb, yaxşı məşq etməli. eləcə də yaxşı qidalanmalıdırlar. Amma ümumi götürdükdə problemlərimiz elə də çox deyil. Futbolçularda bir qədər yorğunluq var.
- Azərbaycan millisinin hansı futbolçusu Rusiya və ya daha güclü çempionatda çıxış edə bilər?
- Azərbaycan millisinin heyətində bir neçə futbolçu var ki, onlar nəinki Rusiya hətta daha güclü çempionatlarda oynaya bilərlər. Azərbaycanlı futbolçular çox texnikalıdırlar və topu özlərində yaxşı saxlayırlar.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər