Bu gün saat 21:00-da dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisinin qonağı olacaq Rusiya milli komandasının qapıçısı İqor Aklinfeyev Rusiya mətbuatına müsahibə verib.
- İqor oyun öncəsi düşərgədə əhval-ruhiyyə necədir?
- Hər şey normaldır. Heyətlə bağlı heç bir problemimiz yoxdur. Hamı adi qaydada seçmə mərhələdəki son oyunumuza hazırlaşır.
- Almaniya ilə oyundan sonra psixoloji durum necədir?
- Həmin oyundakı məğlubiyyət əlbəttə ki, bizə çox pis təsir etdi. Çünki öz azarkeşlərimizin qarşısında qalib gələrək zirvəyə qalxmaq istəyirdik. Amma hər şey tamam əksinə oldu. Artıq almanlarla oyunu unutmaq və irəli baxmaq lazımdır. Həm də biz oyunu uduzmuşuq dünya çempionatına vəsiqəni yox. Qarşıda pley-off oyunları var və inanıram ki, Rusiya millisi həmin oyunlardan üzüağ çıxaraq CAR-a yollana bləcək.
- Qayıdaq Azərbaycanla oyuna. Almaniya ilə qarşılaşmadan sonra Andrey Arşavin deyib ki, Azərbaycana səfər turistik xarakter daşıyır. Həqiqətən də bu, belədir?
- Onun üçün tursitik səfərdir, amma bizim üçün ilk növbədə ölkəmizin prestiji, millimizin imici önəmlidir. Biz bu səviyyəyə onun üçün gəlməmişik ki, sonradan onu bu cür asanlıqla xərcləyək. Qətiyyən belə bir fikrimiz də yoxdur. Odur ki, “turist` kəlməsi ilə qətiyyən razılaşmıram.
- Rəqibin sizə müqavimət göstərəcəyi dəqiqdir.
- Bəli, bunu biz də bilirik. Rusiya Avropa üçüncüsü olan bir komandadır. Bu komanmdaya qarşı hamı xüsusi motivasiya ilə hazırlaşır, o cümlədən də Azərbaycan, Rəqib heç də pis komanda deyil. Moskvada da bizə qarşı müqavimət göstərmişdilər, yəqin ki, bu dəfə də belə olacaq.
- Xal itirsəniz necə...
- Bu futboldur, burada hər şey mümkündür. 3 nəticə var ki, onun biri reallaşır. Üstəlik, rəqibi də kifayət qədər azarkeş dəstəkləyəcək. Bu, təbii onlara əlavə stimbul verəcək. Amma biz Bakıya qələbə dalınca gəlmişik və inanıram ki, 3 xalla da geri dönəcəyik.
- Bizim fanatların sayı Bakıda bir qədər az olacaq.
- Görünür Almaniya ilə oyundan sonra bəziləri Bakıya gəlmək sevdasından əl çəkiblər. Haradasa onları da başa düşürəm və buna görə Azərbaycana gəlməyən azarkeşlərimizi qınamaq fikrim yoxdur. Bununla belə, həmişə öz fanatlarımızdan razı qalmışıq. Çünki onlar Rusiya millisinə çox dəstək veriblər.
- Sonda. Qarşıdan pley-off oyunları gəlir. Bir çox jurnalist yenidən Rusiya-Ukrayna duelini baş tutmasını arzulayır. Necə düşünürsən, bu variant alınacaq?
- Hazırda bu barədə heç kim düşünmür. Düşünənlər isə ancaq revanş arzusunda olanlardır. Əgər siz də o cür düşünürsünüzsə, o zaman demək istəyirəm ki, o vaxt Ukraynaya məğlub olan Rusiya millisi artıq yoxdur.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı