Pafos bizim xalqın tərgidə bilmədiyi vərdişdir.
Şəxsi tanışlığım olmayan Əliyar Ağayevi hakim kimi çox bəyənirəm. Bir neçə gün əvvəl futbolxeber.az-a müsahibəsini oxudum. Normal, düşünülmüş cavablar, özünüifadə... Hər şey qaydasında. Sonuncu suala və cavaba qədər. Birbaşa mətləbə keçək. O deyir: "Məqsədimiz AÇ-2020-nin final mərhələsinin oyunlarını idarə etməkdir. Fərq etməz, mən və ya digəri. Məqsəd Azərbaycan hakimliyinin irəli getməsidir".
Ya mən çox təkəbbürlüyəm, ya Əliyar özünə inanmır. Niyə başqası getsin? Sən get. Sən ol AÇ-nin final mərhələsinin oyununu idarə eləyən ilk azərbaycanlı hakim! Niyə başqası olsun axı?!
Həmkarımın uğuruna sevinərəm, amma SkySports-da layihəsi efirə gedən ilk azərbaycanlı jurnalist şəxsən özüm olmaq istəyirəm. Və məni indiki məqamda Azərbaycan idman jurnalistikasının inkişafı yalnız öz inkişafımdan sonra maraqlandırır. Çünki ümumini fərdlər müəyyənləşdirir - əksinə yox.
Ümumiyyətlə, bizdə - Azərbaycan futbolunda - özünü adekvat qiymətləndirməmək məsələsi çox aktualdır: oyun intellekti ən yaxşı halda Türkiyənin 1-ci liqasının ortababı üçün səmərəli olacaq aşkar bacarıqsız futbolçular müqavilə müzakirələrində yüz minləlrə dollar tələb edir; təsərrüfat və təşkilatçılığı həvəskar səviyyədə olan klublar Avropada güclü olmaq iddiası ilə yaşayır; hazırın naziri olan rəsmilər odlu-alovlu çıxışlarında inkişafdan söhbət açır. Əliyar Ağayev kimi hakim isə AÇ-2020-nin final mərhələsində başqa azərbaycanlı hakimi də görməyə hazırdır. Özü olmasa da olar. Təki Azərbaycan hakimliyi inkişaf etsin!
Nahaq, Əliyar, belə düşünürsən, çünki sən istədiklərin Xaqani Məmmədov və onun rəhbərlik etdiyi komitənin dərdidir. Qoy onlar səninlə yanaşı başqa bir neçə yüksək səviyyəli hakim yetişdirsinlər. Sən isə özünü yetişdir!
Pafos səmimiliyin düşmənidir. 70 il Azərbaycan xalqı pafosun fəvvarə vurduğu səmimiliyin unudulduğu ölkədə yaşayıb. Və bu 70 ilin yetişdirdiyi nəsil(lər) uşaqlıq, gənclik və yetişikinlikdə öyrəndiklərini özündən sonrakı nəsilə - övladlarına, şagirdlərinə, yetirmələrinə, tələbələrinə öyrətməyə çalışır. 70 il və ondan keçən 20 ildə sonradan Əliyar Ağayevin müəllimi olacaq şəxslər şəxsi ambisiyanı həmişə birinci yerə qoyub. Amma heç vaxt bunu dilə gətirməyib, hər soruşanda “Azərbaycan hakimliyinin inkişafı” kimi yüksək materiyalardan dəm vurub. Fit yoldaşına, həmkarına “donos”un, quyu qazmanın isə biri bir qəpik…
Və bu, tək hakimlik üçün aktual deyil. Götürün, ölkə futbolunda sözünü demiş məşqçi/futbolçu/rəsmiləri, görün onların bu təsərrüfatda dostu varmı? Və görün indi klub rəhbərləri, AFFA və PFL, ayrı-ayrı futbol təşkilatları ilə onların üzvü olduğu qurumlar arasında hansı mürəkkəb intriqalar var.
Sizcə, onların məqsədi nədir?
Soruşsanız, hamısı bir ağızdan “Azərbaycan futbolunun inkişafı üçün çalışırıq” deyəcəklər.
Gərək yoxdur, Əliyar. Sən özün inkişaf elə, nəinki AÇ-2020-nin finallarına, hətta yaxın mövsümlərdə ÇL-in qrup mərhələsinə düş, gör Azərbaycan hakimliyi sənin arxanca necə gəlir və neçə-neçə gənc sənə baxıb futbol hakimliyini özünə sənət seçir.
Hərdən futbolçularımız da azarkeş diqqətsizliyindən şikayət eləyir. Onlar bilsin ki, 10-12 yaşlı uşaq “Bavariya” və “Real”da oynayanı özünə kumir seçir, “Kahramanmaraşspor” və “Tavşanlı Linyitspor”da oynayanı yox.
Rüstəm ƏFSƏRLİ
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons