Türkiyənin “Qalatasaray” komandasının əslən azərbaycanlı futbolçusu Servet Çetin komandasından ayrılmaycaq. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Servet özü məlumat verib. Ölkədən kənarda oynamaq arzusunda olduğunu gizlətməyən S.Çetin sərfəli təklif gələrsə, rəhbərliklə danışacağını söyləyib: “Qalatasayar”la 1,5 illik müqaviləm var. Amma xarici komandalardan təklif gəlsə, fikirləşərəm. Öncə isə məni klublar rəhbərliyə müraciət etməlidirlər. Əgər hazırkı komandamla razılığa gəlməsələr, mən burdan getməyəcəyəm”.
Əlavə edək ki, Servetin “Marsel”ə keçəcəyi barəsində məlumatlar təkzib olunub. Futbolçunun menceri Mithat Halisdə bildirib ki, Servetlə heç bir komanda maraqlanmır.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı