Bursada keçiriləcək Türkiyə və Ermənistan futbol qarşılaşması ərəfəsində Türkiyədəki qeyri-hökumət təşkilatları Azərbaycana dəstək kampaniyasına başlayıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyə və Ermənistan bayraqlarından başqa digər ölkələrin bayraqlarının stadiona gətirilməsinə icazə verilməyəcəyi bəlli olandan sonra qeyri-hökumət təşkilatları 15 min Azərbaycan bayrağı sifariş verib. Qeyri-hökumət təşkilatları Bursa İdman Təhlükəsizlik Şurasının stadiona digər ölkələrin bayraqlarının gətirilməsinə qadağa qoyulması yönündə qərarına etirazlarını bildirir.
“Kamu-Sen” qeyri-hökumət təşkilatının Bursa rayon təmsilçisi Selçuk Türkoğlu deyib ki, Türkiyə-Ermənistan oyununda Azərbaycanı bayraqlarıyla dəstəkləmək istəmələri demokratik bir haqdır və idmanı şantaj vasitəsi halına gətirən Ermənistan prezidenti Serj Sərkisyanı Bursada görmək istəmirlər.
Türkiyə prezidenti Abdulla Gülün futbol oyunu ilə bağlı İrəvana getdiyini xatırladan Selçuk Türkoğlu qeyd edib ki, buna görə Serj Sərkisyan da Bursada keçiriləcək oyuna dəvət edilib: “Ancaq bu dəvətdən sonra Serj Sərkisyan sərhədlərin açılacağı təqdirdə futbol komandalarının oyununa baxmağa gələcəyini söylədi və bu şantaj cəmiyyətimizdə ciddi etirazlara səbəb oldu. “Bursada Sərkisyanı istəmirik” kampaniyası ciddi dəstək qazanıb”.
Selcuk Türkoğlu bildirib ki, idmandan şantaj vasitəsi kimi istifadə edənlər və Qarabağı işğal altında saxlayanlar özlərini mühakimə etməlidirlər: “Prezidentimiz heç bir şərt qoymadan Ermənistana futbol oyununu izləməyə getdi. Dünyanın diqqəti Bursada keçiriləcək bu oyunda olacaq və bu, Azərbaycanın problemini, bu ölkədə yaşananları beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq üçün bir fürsətdir. Azərbaycan bayraqlarıyla Türk milli komandasının dəstəklənməsi anlamlı olacaq. Dövlət qurumlarımızın narahatlığını anlayırıq. Biz ölkəmizin imicinin heç bir şəkildə zərər görməsini istəmirik. Ancaq stadiona Türkiyə və Ermənistan bayraqlarından başqa digər ölkələrin bayraqlarının gətirilməməsi barədə qərar çox da yerində deyil”.
O, Azərbaycanın müstəqil bir dövlət olduğunu vurğulayıb: “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Biz iki ölkənin bayrağını bir-birindən ayırmırıq. Stadiona Azərbaycan bayrağının buraxılmayacağı ilə bağlı qərarın nədən çıxarıldığını anlaya bilmirik. Qanayan yaraları dilə gətirmək insan haqqıdır. Burada qanunsuz heç nə yoxdur. Azərbaycan bayrağı müstəqil bir ölkənin və millətin bayrağıdır. Bursada minlərlə azərbaycanlı var. Qeyri-hökumət təşkilatları minlərlə Azərbaycan bayrağı ilə qardaş dövləti dəstəkləmək istəyir”.
Mənbə: lent.az
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı