Hazırda Türkiyənin Antalya şəhərində təlim məşq-toplanışında olan “Bakı” klubunun baş məşqçisi Bülənt Qorxmaz yeni komandasının durumu ilə bağlı Qol.Az saytına müsahibə verib
- İlk olaraq komandanızın hazırlıq prosesi barədə məlumat verərdiniz.
- Hazırlıqlarımız yaxşı keçir. Əvvəldən tərtib etdiyimiz proqrama uyğun çalışmalarımızı davam etdiririk. Hər şey qaydasındadır.
- Futbolçuların məşqlərdəki çalışması sizi qane edir?
- Hə. Əsas odur ki, istəkləri var. Sevindirici haldır ki, onlar bütün güclərini məşqlərdə ortaya qoyurlar. Yəqin ki, hamısı mənim eitmadımı qazanmaq üçün bu cür istəklə çalışırlar.
- Yəqin ki, bir neçə gün ərzində futbolçular haqda sizdə müəyyən qədər fikir formalaşıb.
- Həqiqətən də belədir. Əvvəlcə oyunçuların çıxış etdikləri mövqeləri dəqiqləşdirdim. Artıq bilirəm ki, kim harda oynayır. Onların səviyyəli haqda da müəyyən təsəvvürüm var.
- Konkret olaraq, hansı oyunçuların səviyyəsi sizi qane edir?
- Konkret ad çəkməyim düzgün çıxmaz. Məni pis başa düşməyin. Həm də məndə oyunçular haqda hələlik yalnız ilkin təəssürat formalaşıb. Bu səbəbdən indidən kiminsə adını çəkə bilmərəm.
- Ümumiyyətlə, futbolçuların səviyyələri siz düşündüyünüz qədər varmı?
- Ümumi götürdükdə, səviyyə normaldır. Mən hara gəldiyimi bilirəm. Fransa və ya İngiltərə deyil, Azərbaycana gəlmişəm. Ayrı-ayrı oyunçular var ki, onların durumu yaxşıdır. Amma biz çalışırıq ki, bütün oyunçuların səviyyələrini yüksəldək. Bir sözlə, bizdə təkcə oyunçuların deyil, həm də komandanın səviyyəsi yüksək olmalıdır.
- Təlim-məşq toplanışına yollanarkən komandaya dörd gənc oyunçu da cəlb etdiniz. Gənclərin səviyyəsi hansı dərəcədir?
- Mən aşağı yaş qrupu üzrə komandaların məşqçisi olan Yüksəl hocayla məsləhətləşdim, o da mənə məhz bu dörd futbolçunu əsas komandaya cəlb etməyi məsləhət gördü. Onların Bakıda olarkən yalnız bir məşqlərini izləmişdim. Burada da pis təsir bağışlamırlar. Gələcəkdə daha çox çalşmaqla böyük futbolçuya çevrilə bilərlər.
- Necə düşünürsünüz, komandanı düşdüyü çətin vəziyyətdən çıxarmaq mümkün olacaq?
- Biz də məhz bunun üçün çalışırıq. Təqdimetmə mərasimində də söylədim ki, zamana ehtiyacımız var. Komandanı məhz düşdüyü vəziyyətdən çıxarmaq üçün buradayam. Bütün səylərimiz də məhz buna yönəlib.
- Komandanızın Antalyada iki gündən sonra qaldığı oteli dəyişməsi bir qədər çox müzakirə olundu...
- İlk öncə onu deyim ki, bəziləri qaldığımız oteli “Mardan Palace” kimi təqdim edir. Amma bu, belə deyil. Biz “Mardan Palace”da yox, “Mardan Spor Kompleksi”ndə məskunlaşmışıq. Bura sırf idman kompleksidir. Komandanın yaxşı hazırlıq keçməsi üçün hər bir şərait yaradılıb. Gözəl meydanaçalar, əlverişli şərait, fitnes salonlar və s. Bir sözlə, bura əsl idman kompleksidir.
- Komandanın oteli dəyişməsinin məhz sizin istəyinizə görə olduğu deyilir. Məlumata görə, əvvəl məskunlaşdığınız “Shain” otelində gənc qızların çox olması sizi belə addım atmağa vadar edib. Bir sözlə, oyunçularınızı “qorumusunuz”...
- Sözün açığı, bəli, “Shain” oteldə gənc qızlar çox idi. Amma burda söhbət təkcə qızların çoxluğundan getmir. Mən öz oyunçularıma, onların peşəkarlığına əminəm. Sadəcə olaraq, əvvəlki oteldə insanların sayı çox idi, səs-küy, izdiham vardı... Amma indi qaldığımız yer sırf idman kompleksidir.
- Ayın 10-da yoldaşlıq oyunu keçirməyi planlaşdırırsınız. Rəqibin kimliyi artıq müəyyənləşib?
- Əvvəldən də yoxlama oyunu keçirməyi nəzərdə tutmuşduq. Qərara gəldik ki, oyunumuzu ayın 10-a salaq. İki komandadan biriylə qarşılaşacağıq. Amma konkret seçim hələ etməmişik. Hazırda danışıqlar gedir. Bu səbəbdən rəqibimizin kimliyi haqda indi dəqiq bilgi verə bilmərəm. Bu məsələ ya sabah, ya da birisigün dəqiqləşəcək.
- Ümumiyyətlə, Türkiyədə “Bakı”ya qarşı münasibət necədir?
- Münasibət yaxşıdır. “Bakı” Türkiyədə çox məşhurlaşıb. İnsanlar “Bakı”, Azərbaycan kəlmələrini daha çox səsləndirirlər. Türkiyə mətbuatının da böyük diqqəti ilə qarşılaşmışıq. Demək olar ki, hər gün medai mənsubları gəlib, məşqlərimizi izləyirlər. Komanda haqda geniş reportajlar hazırlayırlar.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı