“Qalatasaray”ın keçmiş kapitanı və baş məşqçisi, “Bakı”nın çalışdırıcısı Bülənt Qorxmaz növbəti dəfə yeni klubu və Azərbaycan futbolu haqda danışıb. Qol.Az-ın məlumatına görə, “Radyospor”a verdiyi açıqlamada Qorxmaz “Bakı”nın ona təklif etdiyi lahiyələrdən təsirləndiyini bildirib: “Bakıya əvvəlki səfərim zamanı klub rəhbərliyi məni gələcək planlarıyla tanış etdi. Komandanın qarşısına qoyduğu hədəfləri çox bəyəndim. Onlar bildirdilər ki, “Bakı” qarşısına ciddi hədəflər qoyan bir klubdur. Bu il Türkiyədə çalışmağı heç düşünmürdüm. Bu səbəbdən “Bakı” klubundan təklif aldıqdan sonra çox düşünmədən qəbul etdim. “Bakı”da gözəl ab-hava var. İnsanlar ölkə futbolunun inkişafı üçün çalışırlar. Azərbaycan futbolunun indiki durumu Türkiyə futbolunun 20 il əvvəlki vəziyyətini xatırladır”.
Qorxmaz ölkəmizdə özünü yad hiss etmədiyini söyləyib: “Türkiyədə çox çətinliklərə qalib gələrək, bu yerə çıxdım. Təcrübəm var və “Bakı”da iz buraxmaq istəyirəm. Orada insanlar bizimlə eyni dildə danışırlar. Azərbaycan xalqı bizi çox sevir, Türkiyəni də çox yaxşı tanıyırlar. Bütün bunlar “Bakı”nı seçməyimdə böyük rol oynadı. Özümü yad ölkədəki kimi hiss etmirəm, sanki vətənimdəyəm”.
Türkiyə futbolunun canlı əfsanəsi türkiyəli futbolçuların “Bakı”ya mümkün gəlişi haqda da danışıb: “Bakı” ilə 2 illik müqavilə imzaladım. Amma onlar sözləşəmənin 4-5 illik olmasını istəyirlər. Bu haqda hələ düşünəcəyəm. Mən işimi sevirəm, futbola hobbi kimi baxmıram. İnsan çalışdığı hər yerdə futbolunu və təcrübəsini inkişaf etdirə bilər. “Transfer pəncərəsi” dövründə Türkiyədən oyunçu almağımız mümkündür. Amma əsas odur ki, “Bakı”ya gələcək oyunçu komandaya xeyir verə bilsin. Tranferlərə hələ zaman var. Vaxtı çatanda bu haqda düşünəcəyik. Əlbəttə, komandada türkiyəli oyunçunun olmasını mən də istərdim. Bir sözlə, “Bakı”ya gəlməkdə məqsədim həm klubun inkişafında rol oynamaq, həm də Türkiyə futbolunun adını uca tutmaqdır. Azərbaycanda Türkiyə futbolunun elçisi rolunu oynamaq istəyirəm”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video
Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi
Vernidub: “Bu 4 ildə onlar ölkəsi üçün nə ediblər?” - Video
Mahir Emrelinin qolu - Video