Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, iclasda AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də iştirak edib. İclasda həftə sonu Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatı və birinci divizionda baş verən qalmaqallar əsas müzakirə mövzusu olub.
“Xəzər-Lənkəran”ın əvəzedici heyətinin baş məşqçisi Fazil Əsədov “Muğan”la matçın 51-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılıb. Bu dəqiqədən sonra baş məşqçi azarkeşlər olan tribunanda əyləşib, təxribat xarakterli hərəkətlərə əl atıb və azarkeşləri hakimə qarşı yönləndirib. Bu səbəbdən də oyun başa çatdıqdan sonra azarkeşlər meydana daxil olaraq (baş məşqçi azarkeşlər arasında olub) hakimə fiziki təsir göstərib. Bütün bunları nəzərə alan İntizam Komitəsi Fazil Əsədovu 2 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Eyni zamanda Əsədovun klubu da iki min manat cərimələnib. Lakin “Xəzər-Lənkəran”ın cəzası bununla bitməyib.
Oyundan sonra stadionda kütləvi nizam-intizamsızlıq baş verib, “Xəzər-Lənkəran” klubunun azarkeşləri meydana daxil olaraq hakimlərə fiziki təsir göstərib. Stadionda təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi 4 min manat cərimələnib. Komanda hənmçinin növbəti ev oyununu azarkeşsiz keçirəcək. “Xəzər-Lənkəran” klubu daha 500 manat cərimə ödəyəcək. Buna səbəb oyunda AFFA , PFL və Respect bayraqlarının olmamasıdır. Eyni zamanda qeyd olunan hadisə ilə bağlı qarşıdakı matçlarda oxşar halların baş verməməsi və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məktub göndəriləcək. Oxşar hadisə baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
Azərbaycan çempionatının I divizionunun III turunun “ABN-Bərdə” - “Rəvan” matçının 90+1-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ramil Mehdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdığı üçün 2 oyunluq cəzalanıb, klub isə 200 manat cərimə olunub.
Oyunun eyni dəqiqəsində “ABN-Bərdə” klubunun futbolçuları Rahib Nəcəfov və Bəhruz Cəlalov baş hakimə qarşı fiziki təsir göstərdikləri üçün hər iki futbolçu 3 il müddətinə cəzalanıb, klub isə 7000 manat cərimə olunub.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video
Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi
Vernidub: “Bu 4 ildə onlar ölkəsi üçün nə ediblər?” - Video
Mahir Emrelinin qolu - Video
"Tottenhem" nəhayət xal qazandı
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində