«Hazırda legionerlərlə bağlı limit tətbiq etməyimiz düzgün deyil. Əgər klubların inkişafını, eləcə də azarkeşlərin stadionlara gəlməsini istəyiriksə, onları nə iləsə cəlb etməliyik». Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, buna görə də indi legioner limitini tətbiq etməklə onların yolunu kəsə bilmərik: «Ancaq bu o demək deyil ki, limit dəyişdirilməyəcək. Bu məsələyə İcraiyyə Komitəsinin fevralda keçiriləcək iclasında yenidən baxacağıq. Yəni ölkə çempionatının maraqlı keçirilməsi üçün müəyyən addımlar atacağıq. Bir neçə variant var. Onlardan biri də növbəti ölkə çempionatının formatı ilə bağlıdır. Məqsədimiz Premyer Liqa iştirakçılarının sayını 12-yə endirməkdir. Komandalar əvvəlcə dairəvi sistem üzrə yarışacaqlar. Daha sonra “ilk 6-lıq”dakılar çempionluq, yerdə qalanlar isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaqlar. Bu sistemin qurulması komandaları sona qədər mübarizə aparmağa məcbur edəcək».
Qurbanova GÖZƏL dəstək
Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı