"Azərbaycan millisindən təklif almışam" - Yılmaz Vural

"Azərbaycan millisindən təklif almışam" - Yılmaz Vural
XƏBƏR 4 Noyabr 2014 / 20:34 6811
-  A +

AFFA türkiyəli mütəxəssis Yılmaz Vurala yenidən təklif göndərib.

Qol.Az-ın xəbərinə görə, bu barədə Y.Vuralın özü "TRT Radio 1"də yayımlanan "Həftnin ardından" proqramına açıqlamasında deyib. O, millimizlə yanaşı, Qətər klublarından birindən də təklif aldığını bildirib:

"Azərbaycan millisindən təklif almışam. Amma bu ölkədə təəssüf ki, dəyərimizi anlamırlar.  Qətər klublarından biri də mənimlə maraqlanır. Əgər razılıq əldə olunarsa, böyük ehtimalla Qətərdə işləyəcəm".

Qeyd edək ki, Y.Vural AFFA-nın ötən ilin oktyabrında ona təklif göndərdiyini və millimizlə razılığa gəldiyini demişdi. Türkiyəli mütəxəssis alman lobbisinin onun Azərbaycanda çalışmasının qarşısını aldığını bildirmişdi.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner