"Liverpul"un kapitanı "Real"a qarşı oynamayacaq

"Liverpul"un kapitanı "Real"a qarşı oynamayacaq
XƏBƏR 4 Noyabr 2014 / 20:00 2876
-  A +

"Liverpul"un kapitanı Stiven Cerard Çempionlar Liqasında bu gün "Real"a qarşı keçiriləcək matçda iştirak etməyəcək.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə klubunun baş məşqçisi Brendan Rodcers təcrübəli futbolçunu sözügedən görüşdə oynatmamağa qərar verib. Təcrübəli mütəxəssis İngiltərə Premyer Liqasında noyabrın 8-i "Çelsi"yə qarşı matça qədər S.Cerard istirahət verəcəyini bildirib.

Qeyd edək ki, "Real" - "Liverpul" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
topaz banner