Şvaynştayger üçün il erkən başa çatdı

Şvaynştayger üçün il erkən başa çatdı
XƏBƏR 4 Noyabr 2014 / 03:38 3893
-  A +

Almaniya millisinin və "Bavariya" klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger zədəsi səbəbindən ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klubun direktoru Karl-Haynz Rummenige açıqlamasında deyib.

"Şvaynştayger ilin sonuna qədər yaşıl meydanlara qayıda bilməyəcək. O, komanda ilə məşqlərə dekabr ayında başlayacaq" - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, son dünya çempionatının qalibi avqust ayında keçirilən yoldaşlıq görüşündə topuğundan zədələnib. 


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır