Azərbaycan - Norveç matçının biletləri satışda

Azərbaycan - Norveç matçının biletləri satışda
XƏBƏR 3 Noyabr 2014 / 10:48 4055
-  A +

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-ı, 8-ci km qəsəbə stadionunda  keçiriləcək Azərbaycan - Norveç oyununun biletləri satışa çıxarılıb.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, biletləri 8-ci km qəsəbə stadionunun və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında, həmçinin Üzeyir Hacıbəyli küç.48 (metronun Sahil stansiyasının yaxınlığı) ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Qarşılaşmanın biletlərinin qiyməti 2, 4 və 20 AZN-dir.

Qeyd edək ki, Azərbaycan - Norveç matçı noyabrın 16-ı, saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner