Sneyderdən Prandelliyə hörmətsizlik

Sneyderdən Prandelliyə hörmətsizlik
XƏBƏR 2 Noyabr 2014 / 14:12 6609
-  A +

“Qalatasaray” klubunun yarımmüdafiəçisi Uesli Sneyder  baş məşqçi Çezare Prandelliyə etiraz əlaməti olaraq  komandanın məşqini yarımçıq tərk edib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə,  hollandiyalı futbolçu baş məşçinin ona  ikinci heyətlə məşq etməli olduğunu bildirdikdən sonra bu addımı atıb. 

Prandellinin bu qərarı ilə  razılaşmayan Sneyder paltardəyişmə otağına yollanıb. Məsələyə müdafilə edən klubun vitse-prezidenti Abdurrahim Albayrak təcrübəli futbolçunu sakitləşdirib və məşqə qaytarıb.

Prandelli isə bu səbəbdən superliqanın son turunda “Kasımpaşa” ilə oyunda  Sneyderi heyətə daxil etməyib.   

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq