Azərbaycan Premyer Liqasının XI turunda “Sumqayıt”a qarşı oyun “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin Azərbaycan karyerasında 250-ci matçı olacaq.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ölkəmizdə əvvəl “Standard” sonra “İnter”i çalışdıran gürcüstanlı mütəxəssis bu iki komandanı üst-üstə 249 matça çıxarıb.
Bu qarşılaşmalarda 127 qələbəyə sevinən baş məşqçi 68 heç-heçə görüb və 59 məğlubiyyətə üzülüb. Onun futbolçuları 334 qol vurub, 199-nu buraxıb. 2009-cu ilin yayından “İnter”də çalışan Sxadadzenin bu matçlarından 219-u indiki vəzifəsində baş tutub. Bakılılar onun rəhbərliyi altında 111 qələbə qazanıb, 62 heç-heçə edib və 46 dəfə uduzub. Bu oyunların top fərqi 301-166-dır. 2008-ci ildə “Standard”da qazanılan nəticələr isə 30 oyunda 11 qələbə, 6 heç-heçə və 13 məğlubiyyətdən ibarətdir. Burada Sxadadze 33 vurulan və eyni sayda buraxılan qola şahidlik edib.
Qeyd edək ki, gürcüstanlı mütəxəssis X turun “Qarabağ”la görüşündə 200-cü Premyer Liqa matçının iştirakçısı olub. Bunların 174-ü “İnter”, 26-sı “Standard”ın baş məşqçisi kimi keçirib. Çempionatda 97 qələbə, 54 heç-heçə və 49 məğlubiyyətin həyəcanını yaşayan Sxadadzenin futbolçuları 252 qol vurub, 159-nu buraxıb. Onun Azərbaycanda iş başında olduğu digər 49 oyundan 27-si ölkə kuboku, 6-sı Birlik kuboku, 16-sı avrokubok matçıdır.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?