Bolqar futbolçuya 7 oyunluq cəza

Bolqar futbolçuya 7 oyunluq cəza
XƏBƏR 31 Oktyabr 2014 / 19:00 2869
-  A +

"Seltik" klubunun futbolçusu Aleksandr Tonev Şotlandiya Futbol Federasiyası tərəfindən cəzalanıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna bolqarıstanlı futbolçunun irqçi davranışları səbəb olub.

Bolqarıstan yığmasının üvzünün sentyabrın 13-də "Aberdeen"lə keçirilən görüşdə rəqib müdafiəçi Şey Loqan haqda irqçi ifadələr səsləndirdiyi iddia olunur. Bu səbəbdən cəzalandırılan 24 yaşlı futbolçu 7 oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Seltik" klubu cəza ilə bağlı apellyasiyaya şikayət edəcəyini açıqlayıb.


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

topaz banner