Sabah, noyabrın 1-də Azərbaycanın populyar idman saytlarından olan futbolpress.az-ın beş yaşı tamam olur. Qol.Az saytının müxbiri bununla əlaqədar futbolpress.az-ın baş redaktoru Elçin Cəlilovla görüşüb
- Əvvəlcə saytınızın 5 yaşının tamam olması münasibəti ilə sizi təbrik edirik.
- Çox sagolun, minnətdaram.
- "Futbolpress.az" necə yarandı, ideya kimdən oldu?
- Dostlarımın ideyası oldu. 2008-ci ildә ictimai-siyasi mediadan çıxdım. Peşәkarlar indi azdır, onlarla da indi dә dostuq.
Qısası, jurnalistikadan getmәkçün xeyli imkanım olsa da, peşәyә olan ehtirasım məni orda saxlayırdı. Ona görә dә siyasi yazarlıqdan ayrılıb idmana üz tutdum. Burda tәlәbә yoldaşlarımla "Futbol-Press" qәzetini açdıq. Futboldan - top, qapı, penalti sözlәrindәn başqa da nәsә yazmaq olar - bunu göstәrә bildik. Yeniliklәr üçün cәhdlәrimiz müәyyәn qәdәr alındı. Ancaq qәzet cәmi 9 ay yaşadı. Çünki 9 nәfәrlik işçi heyәtinin maaşı yarım ay gecikirdi. Mәn heç vaxt maaşı bir hәftәdәn çox geçikdirmәmişәm deyә, belә sınıq-salxaq qәzet işlәtmәkdәnsә, online fәaliyyәtә keçdik. Mәncә, vaxtında doğru seçim etdik. Artıq 5 ildir saytımız fәaliyyәtdәdir. Mәtbuatın özünü maliyyәlәşdirә bilәcәyi dövr gәlsә, onda qәzeti bәrpa elәyib, qatı açılmamış layihәlәrimizi gerçәklәşdirәrik. İmkansızlığın üzü qara olsun...
- Bu saytı yaradanda qarşıya hansı məqsədlər qoymuşdunuz və bu məqsədlərə nə dərəcədə nail olmusunuz?
- Mәnim tәhsilim jurnalistika olub. Әn hörmәtli müәllimlәr dәrs deyib. Yәni jurnalist olmağın mәsuliyyәtini dәrk elәmәk üçün bu fakültәdә oxumaq hardasa vacibdir. Uşaqlıqdan atam evә gәtirdiyi qәzetlәri hәvәslә oxuyardım. Diplom işim "1991-2006-cı illәr Azәrbaycan publisistikası" olub. Bir semestr günümün yarısını arxivlәrdә keçirirdim, 50-60 adda qәzetin bu illәrdәki fәaliyyәt traektoritasını öyrәnmişәm. Bu mövzu xeyli şey öyrәtdi mәnә. Jurnalist olmağa hәvәsim artdı. Rәhmәtlik Mәmmәd Nazimoğludan mövzuya baxış vә yazmaq maneraları oyrәnmәk xosbәxtliyi nәsib oldu mәnә. Belә geniş ona görә danışıram ki, mәnim jurnalistikada olmaq istәyim bu sahәdә tәkcә qazanc, dolanışıq mәqsәdiylә qalmadığım mәlum olsun. Bu peşәyә ehtirasım var. Mәn niyә tәlәbәlik vaxtı qәzet açdım? Çünki sırf azad tribuna üçün özümdәn çox kimәsә inanmırdım. Mәni doğru anladınız yәqin. Bu, özünü fәaliyyәtimizdә dә doğrultdu. "FutbolPress" lap az KİV-lәrdәndi ki, burda yazı silinmәyib, dәyişdirilmәyib. Әksinә, işlәdiyi yerdә mövqeyi dәrc olunmayanın yazısını belә, yoxlayıb, uyğunluğuna şübhә görmәdiyimiz üçün məhz biz dәrc etmişik. Açıq danışaq, medianın durumu acınacaqlıdır. Dördüncü yox, dördyüz dördüncü hakimiyyәt rolunu da oynaya bilmir. Qeyri-peşәkarlar mühiti "diqtә edir". Biz istәyirik ki, oxucu jurnalist baxışının, materialının necә vә nә cür olduğunu anlaya bilsin. Jurnalistikanın üç әsas prinsipi var: mәlumatlandırmaq, maariflәndirmәk vә әylәncә. Bu prinsiplәrә uyğun olmaqdır mәqsәd.
Qaldı ki, yaradıcılıq, bu, birbaşa maddi imkandan asılıdır. Potensialını göstәrmәk üçün lazım olan maddiyyat yoxdursa, çox vaxt mәcburәn susub oturursan. Belәdә dә bacarıqsızlar oxucunu alır әlә, zombilәşdirir. Çıxış yolu? Uzaqdadır.. Üfüqdә vә dumanlı.
- Belə başa düşdüm ki, "Futbolpress.az"ın maddi imkanı aşağıdır.
- Müstәqil fikri heç nәyә dәyişmәyәn saytlarda maddi durum necәdirsә, bizdә dә o cür. Bir müddәt gördüm, saytımızın işlәmәmәyi pisdir. İdman mediasında ictimai fikir әblәhlәrin әlindә qalıb. Belәdә bütün imkanlarımı yığıb, saytın fәaliyyәtini bәrpa elәdim. Biz müşahidә elәyirik, reklam verәn klublar bu gün yaranan vә heç bir mәtni imla, inşa tәlәbinә belә uyğun gәlmәyәn saytlara mәmnuniyyәtlә reklam verir. Baxırsan, saytın üst-başından pintilik yağır, heç proqram tәminatı qәpik-quruşa dәymәyәn әndirabadi şeylәr qayırıb, sәhәri gün klub rәsmisinә zәng vurub, reklam istәyirlәr. Bu saytlarla bunlara reklam verәn klubların mәqsәdlәri uyğundur. Klub var ki, reklamından imtina etmişik, çünki bizә qarşı etik davranmamışdılar. Ancaq o klub reklam vermәdiyi saytlara belә pul payladı ki, “futbolpress”i müdafiә edәrlәr birdәn. Gülmәli idi. Biz klub reklamından imtina etmiş saytıq. Mövqeyin müstәqilliyi çox vacibdir. Mәn hәyatımı necә yaşayıramsa, peşәmdә dә o cür olmalıyam. Artistlik olmaz.
- Demək olarmı qeyd etdiyin problemlərin kökündə bir çox klubların qeyri-peşəkarlığı durur?
- Burda üstün tәrәf klubdur, yәni sifarişçi klubdur. Klub әmәkdaşlığı qeyri-peşәkarla qurursa, mәsәlә aydındır. Hәm dә mәsәlә әsas bilirsiz nәdәdi - klub var ki, "ağzına gәlәni yazana" reklam tәklif edir. Çünki qorxur adının hallanmasına. Bir dәfә gördüm ki, jurnalist klub vitse-prezidentinә "dana" yazıb. Bu, tәhqirdir. Ancaq bir hәftә sonra hәmin saytda klubun reklam bannerini gördüm. Çox sadә formul: oğru oğrunu başa düşәr. Vitse-prezident qorxmuşdu ki, haqqında yazılanı klub prezidenti görәr vә onu qovar. Futbolda dәlәduzluq inkişaf edib ki, klub sistemindә bir-birinә inam qalmayıb. Tәbii ki, çox az istisnalar var. Belә mühitdә nә futbol inkişaf edәr, nә dә media
- Mediadan söz düşmüşkən, idman jurnalsitikasının bugünkü durumu haqda nə deyə bilərsən? Onlar arasında rəqabəti necə qiymətləndirirsən?
- Bir әlin barmaqları qәdәr peşәkar idman saytı olar-olmaz. Rәqabәt nәdir - materialını istinadsız yayan saytla nә rәqabәtdә olacaqsan? Yaxud klub rәhbәrliyinә zәng vurub, reklam istәyәn baş redaktorun saytı ilә rәqabәt? Burda namәlum bir vәziyyәtdi vә durmadan artan saytların da 1-2 faizi tab gәtirib, fәaliyyәtini sürdürür. O qәdәr sayt açılıb, reklam verilmәyib, bağlanıb ki..
Ramiq AĞAMƏMMƏDOV
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?