Azərbaycan Premyer Liqasının X turu “Xəzər Lənkəran” üçün bir sıra məqamlarla əlamətdar olub.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Sumqayıtda eyniadlı komanda ilə görüş cari mövsümün yubiley – 10-cu matçı olmaqla yanaşı, digər tərəfdən də yubileylərlə nəticələnib.
Belə ki, “ağ-yaşıllar” tarixində 80-ci səfər qələbəsini qazanıb. Bunların 64-ü çempionat, 15-i kubok, 1-i Avropa Liqası çərçivəsində olub. “Xəzər Lənkəran”ın hesabında 53 heç-heçə və 60 məğlubiyyət də var.
Komandada qol hesabını açan Fernando Qabriel “Xəzər Lənkəran” üçün qol vuran 12-ci braziliyalıdır. Digər 11 cənubi amerikalının hesabında 74 qol olduğundan “Sumqayıt”a vurulan top braziliyalıların 75-ci uğuru olub.
Bu qələbə ilə “Xəzər Lənkəran” səfərdəki uğursuz seriyanı qırıb. Rəqib meydanlarında keçirilən son 9, ümumilikdə isə 10 matçda qələbə qazanmayan komanda sonuncu dəfə də “Sumqayıt”a qalib gəlib. Bu il martın 16-da keçirilən səfər matçında “ağ-yaşıllar” 1 qolla qalib gəlib. “Xəzər Lənkəran” bu müddətdə rəqib meydanında 4 heç-heçə edib.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb