"Çelsi"dən Jerar Pikeyə 30 milyon avro

"Çelsi"dən Jerar Pikeyə 30 milyon avro
XƏBƏR 31 Oktyabr 2014 / 02:41 4339
-  A +

"Barselona" klubunun müdafiəçisi Jerar Pike qışda komandasını dəyişə bilər.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu "Çelsi" klubunun maraq dairəsinə düşüb.

London təmsilçisi 27 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır. Lakin Pike ilə "Mançester Yunayted" klubu yaxından maraqlanır. Təcrübəli futbolçunun qış transfer pəncərəsi dönəmində hansı qərarı verəcəyi maraqla gözlənilir. Pikenin "Barselona"da qalacağı da istisna olunmur. 

Qeyd edək ki, İspaniya millisinin üzvü 2008-ci ildən "Barselona"nın şərəfini qoruyur.

Daha çox


Son xəbərlər