Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Dnepr"lə üz-üzə gələcək "Qarabağ" klubu oyunöncəsi saxta bilet satışının qarşını almaq üçün xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ" - "Dnepr" matçının biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq.
Bu holoqram məxsusi "Qarabağ" üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil. Klub azarkeşlərə səslənərək biletin hər hansı fərdi şəxslərdən deyil, Tofiq Bəhramov adına Respublika stadionun kassalarından alınmasını xahiş edib. Holoqramı olmayan biletlərin etibarsız sayılacağı bildirilib.
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçının biletləri noyabrın 3-dən, saat 9:00-dan etibarən satışa çıxarılacaq.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb