Rusiya millisinin baş məşqçisi Fabio Kapello maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, AS qəzetinə danışan italiyalı mütəxəssis "Yuventus"da çalışdığı dönəmdə Lionel Messini icarəyə götürmək istədiyini bildirib:
"2005-ci ildə "Gamber kuboku"nda "Barselona" ilə qarşılaşdıq. Oyun bir anlıq dayandı və mən "Barsa"nın o zamankı baş məşqçisi Frank Raykarda yaxınlaşaraq ondan "sizin onsuz da üç legioner futbolçunuz var. Niyə Messini bizə icarəyə vermirsiniz?" deyə soruşdum. Raykard isə cavabında "legioner problemini 3-4 ay ərzində həll edəcəyik. Bu səbəbdən də Messini sizə verə bilmərik" dedi. Messinin o zamanlar istedadına bələd oldum. Ancaq onu bizə vermədilər".
Qeyd edək ki, Kapello 2004-2006-cı illərdə "Yuventus" klubunu çalışdırıb.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı