“Elfsborq”un baş məşqçisi öldü

“Elfsborq”un baş məşqçisi öldü
XƏBƏR 29 Oktyabr 2014 / 21:57 4453
-  A +

İsveçin “Elfsburq” klubunun baş məşqçisi Klas İnqesson 46 yaşında vəfat edib.

Qol.Az-ın məlumatına görə, 5 ildir ki, xərçəng xəstələyindən əziyyət çəkən İsveç millisinin sabiq hücumçusu ötən gün dünyasını dəyişib.

Futbolçu karyerasına “Göteborq” klubunda başlayan Klas İnqesson PSV, “Marsel” və  “Bolonya” kimi  komandaların da şərəfini qoruyub.

Xatırladaq ki, “Elfsborq” bu mövsüm Avropa Liqasının II təsnifat mərhələsində Bakı “İnter”ini mübarizədən kənarlaşdırıb.

Daha çox


Son xəbərlər