"Layiqli qələbə qazandıq" - Dorinel Munteanu

"Layiqli qələbə qazandıq" - Dorinel Munteanu
XƏBƏR 29 Oktyabr 2014 / 16:52 2384
-  A +

"Mən bilirdim ki, oyun çətin keçəcək. “Araz Naxçıvan” çətin rəqibdir. Düşündüyümüz oldu".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Dorinel Munteanu Premyer Liqanın 10-cu turunda qalib gədikləri "Araz Naxçıvan"la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis komandasının bu oyunda layiqli qələbə qazandığını bildirib: "Araz Naxçıvan"ın itirəcəyi bir şey yoxdur. Belə rəqiblər təhlükəli olur. Bütün bunlara baxmayaraq, biz 3 xal qazana bildik. Layiqli qələbə qazandıq. Oyun həyəcanlı keçdi. Əgər biz əlimizə düşən imkanların daha bir neçəsindən yararlansaydıq, oyunu sakit izləyə bilərdik”.

Daha çox


Son xəbərlər