Oktyabrın 23-27-də Qəbələdə Stend və Ox Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya kuboku yarışlarının final mərhələsi keçirilib.
Qol.Az-ın gabalafc.az saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edib.
Bu il ərzində dünyanın müxtəlif ölkələrində 7 seçim mərhələsi (Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı (Qazaxstan) keçirilən yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə ən güclüləri müəyyənləşdirib. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunan yarışa dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq gəlib. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edib.
Yarışların ilk günündə qadın və kişilər pnevmatik tüfəngdən 10 və 25 metr məsafəyə atəş açmaq üzrə öz bacarığını nümayiş etdirib. Həmçinin, kişi və qadınlar arasında tapançadan 25 metr məsafəyə atəş açmaq və səngər stend atıcılığı üzrə yarışlar keçirilib. Bu yarışlarda Çin, İtaliya, Rusiya, Hindistan, Serbiya, Slovakiya, Avstarliya, ABŞ, Rusiya, Polşa, Monqolstan, Koreya, Meksika, Bolqarıstan və Sinqapurdan idmançıları iştirak edib.
Səngər stend atıcılığı üzrə qadınların yarışında Suzana Rehak Stefekova (Slovakiya) birinci, Beaman Jo Janessa (ABŞ) ikinci, Caterine Skinner (Avstraliya) üçüncü, pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında kişilər arasında Nazar Louginets (Rusiya) birinci, Niccolo Campriani (İtaliya) ikinci, Zhu Qinan (ÇİN) üçüncü yeri tutub.
Pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında qadınlar arasında Yi Siling (Çin) birinci, Andrea Arsoviç (Serbiya) ikinci, Şu Liuxi (Çin) üçüncü yeri tutub. Həmçinin, tapançadan 25 metr məsafəyə atəş açma yarışında isə qadınlar arasında Monika Karş (Almaniya) birinci, Gundegma Otryad (Monqolstan) ikinci, Jingjing Zhang (Çin) üçüncü yerə sahib çıxıb.
Güllə atıcılığındakı təmsilçilərimiz 25 m məsafəyə atəşaçmada hədəf önünə keçiblər. İradə Aşumova və Ruslan Lunyov müvafiq olaraq, 11 snayper arasında 11-ci və 12 idmançı arasında 9-cu olublar. Həmyerlilərimiz digər məsafələrə atışda iştirak etməyiblər.
Yarışların sonuncu günündə tüfəngdən 50 metr məsafəyə atəş açma yarışında kişilərdən Daniel Brodmeir (Almaniya) birinci, Sengbe Zao (Çin) ikinci, Henri Junqahenel (Almaniya) üçüncü olub.
Dairəvi stend atıcılığı üzrə yarışda qadınlardan Albina Şakirova (Rusiya) birinci, Meng Vei (Çin) ikinci, Danka Bartekova (Serbiya) üçüncü, kişilərdən Dii Cin (Çin), Azmy Mehelba (Misir), Aleksandr Zemlin (Rusiya) üçüncü yeri tutub.
Dairəvi stend atıcılığı üzrə yarışlarda Azərbaycanı təmsil edən “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Emin Cəfərov təsnifat yarışlarında Dünya Kuboku yarışlarının final mərhələsinə yüksəlib. İdmançımız final yarışlarında 5-ci yeri tutub. Qadınlardan isə Nurlanə Cəfərova 7-ci yerə çıxıb.
Kubok və medalların sayına görə aparılan komanda hesabında Rusiya yığması birinci, Çin idmançıları ikinci, Almaniya atıcıları üçüncü yerə çıxıblar.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb