Diqqət çəkən məqam isə ondadır ki, Avropada klubların ümumi xərclərinin 7 faizi sair işlərə sərf olunduğu halda, Azərbaycanda bu rəqəm 63 faizdir
AFFA-nın Lisenziyalaşdırma Qrupunun 2013-2014-cü il mövsümünə həsr olunmuş hesabatında Avropa və Azərbaycan klublarının xərcləri də müqayisə olunub.
Qol.Az-ın "Sportnet.az"a istinadən verdiyi məlumata görə, qitə klublarının toplam məxarici 15,2 milyard avrodur.
Avropa klublarının ümumi xərclərinin 52 faizi futbolçuların əmək haqqılarına sərf olunur. Azərbaycanda isə bu rəqəm cəmi 12 faiz təşkil edir.
İnzibati işçilərin əmək haqqına sərf olunmuş vəsaitin nisbəti Avropa və Azərbaycanda eynidir - 13 faiz. Əməliyyat işlərinə Avropada gəlirin 36%-i xərclənirsə, ölkəmizdə bu göstərici 12 faizdir.
Diqqət çəkən məqam isə ondadır ki, Avropada klubların ümumi xərclərinin 7 faizi sair işlərə sərf olunduğu halda, Azərbaycanda bu rəqəm 63 faizdir.
Qeyd edək ki, UEFA-nın "maliyyə feyr-pley"inin tələblərinə əsasən, klubların əmək haqqı xərcləri ümumi xərclərin yarıdan çoxunu təşkil etməlidir. Avropada bu prinsipə əməl olunsa da, ölkəmizdə futbolçuların əmək haqları çox aşağı məbləğdə göstərilir. Bunun nəticəsində əmək haqqı göstəricisi Avropadan 4 dəfədən də aşağı olur. Əvəzində real əmək haqqı sair xərclər adı altında gizlədilir və yekunda Avropadan 9 dəfə çox - 63 faizə çatır.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb