Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Belqradın “Srvena Zvezda” klubunun U-17 komandası ilə qarşılaşan millimiz 2:4 hesabı ilə məğlub olub.
Yığmamızın qollarını Pilağa Mehdiyev və Bahadur Həziyev vurub.