"Bu, anormal qərardır" - "Dnepr"in baş məşqçisi

"Bu, anormal qərardır" - "Dnepr"in baş məşqçisi
XƏBƏR 27 Oktyabr 2014 / 17:13 8393
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Dnepr" klubu Avroliqada ev oyunlarının  paytaxt Kiyevdə keçirilməsinə etiraz edir. 

Qol.Az-ın məlumatına görə, Ukraynada hərbi-siyasi vəziyyətin gərgin olması səbəbindən UEFA "Dnepr"ə rəqiblərini Dneprpetrovskda qəbul etməyə icazə vermir.

Komandanın baş məşqçisi Miron Markeviç yerli mətbuata açıqlamasında UEFA-nın bu qərarına kəskin etirazını bildirib: "Biz vaxtımızın çoxunu təyyarədə oturmaqla keçiririk. Hansı ki, bu müddətdə yaxşı məşq edə bilərik. Bu, anormal qərardır. UEFA-nın niyə belə qərar verdiyini başa düşmürəm. Dneprpetrovskda çoxdan sakitlikdir. Niyə biz Kiyevə uçmalı və boş stadionda oynamalıyıq? Məncə, bu, düzgün deyil".

Xatırladaq ki, "Dnepr" Avropa Liqasının qrup mərhələsində son oyununu Kiyevdəki "Olimpiyski" stadionunda "Qarabağ"a qarşı keçirib və 0:1 hesabı ilə məğlub olub.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə