Futbol üzrə Rumıniya milli komandasının yeni baş məşqçisi bəlli olub.
Qol.Az-ın Rumıniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı bundan sonra Anxel Yordanesku çalışdıracaq.
Üçüncü dəfə Rumıniya yığmasını çalışdıracaq təcrübəli mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə bir müddət öncə istefa verən Viktor Piturkanı əvəzləyib.
Qeyd edək ki, millinin baş məşqçi vəzifəsindən istefa verən Pitsurka Səudiyyə Ərəbistanın "Əl İttihad" klubu ilə anlaşıb.
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video