"Qəbələ" dördüncü oldu

"Qəbələ" dördüncü oldu
XƏBƏR 27 Oktyabr 2014 / 11:43 1568
-  A +

“Qəbələ” Futbol Akademiyasının U-15 komandası Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup 2014” beynəlxalq turnirində III yer uğrunda matça çıxıb. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirin B qrupunda 2-ci yeri tutan Mehman Yunusovun komandası A qrupunun ikincisi olan Belarus təmsilçisi BATE ilə görüşüb.

Maraqlı mübarizə şəraitində keçən matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan belaruslular 10:9 hesabı ilə qalib gəliblər.

Beləliklə, “qırmızı-qaralar” yekunda 4-cü pillə ilə kifayətləniblər. Turnirin qalibi adını isə Litvanın Milli Futbol Akademiyası qazanıb. Turnirin təşkilatçısı olan “Ateitis” klubu 2-ci olub.

Qeyd edək ki, qrup mərhələsində “Feniks” (Kaunas, Latviya) və “Orbita” (Belarus) üzərində eyni – 2:1, “Dinamo”nu (Kiyev, Ukrayna) 4:0 hesabı ilə məğlub edən “Qəbələ” “Minsk”lə (Belarus) 0:0 hesablı heç-heçə edib. Komandamız qrupdakı yeganə məğlubiyyətini turnirin qalibi olan Milli Futbol Akademiyası (Litva) ilə görüşdə alıb – 0:2.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə