"Barselona"nın futbolçusu Andres İnyesta zədələnib.
Qol.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Təcrübəli yarımmüdafiəçinin İspaniya La Liqasında "Real"la görüşdə sağ baldırından zədə aldığı açıqlanıb. Onun nə zaman yaşıl meydanlara qayıdacağı hələlik müəyyənləşməyib.