Yığmamız İsveçrəni məğlub etdi
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Belçikanın Beringen şəhərindəki “Minjstadion” stadionunda Azərbaycan və İsveçrə yığmaları qarşılaşıb.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
İsveçrə komandasının qapısından topları Nicat Süleymanov və Qara Qarayev keçirib.