Futbol mütəxəssisi Vaqif Sadıqov “Bakı” ilə “Qarabağ”ın ölkə çempionatındakı son uğursuzluqları barədə fikirlərini bildirib. “İlk öncə onu deyim ki, avrokubokla çempionat oyunlarındakı mühit tamam fərqlidir. Amma çox sevindirici haldır ki, bu mövsüm çox maraqlı və gərgin çempionat izləyirik. Çoxdandır bu cür mövsümün keçirilməsini arzulayırdıq. O ki qaldı “Bakı” ilə “Qarabağ”ın çempionatdakı son uğursuzluqlarına, subyektiv fikir olsa da, razıyam ki, burada avrokubok amilinin də təsiri var. Yəni, istər-istəməz bu olmalı idi. Çünki hər iki klub bütün diqqətlərini bu turnirə yönəltdiklərindən çempionata hazırlaşa bilmədilər. Ona görə son vaxtlar eniş yaşamaları gözlənilməz sayılmamalıdır. İnanıram ki, milli komandanın dünya çempionatının seçmə qrup oyunları ilə əlaqədar çemponatda yaranmış fasilədən hər iki komanda səmərəli istifadə edib vəziyyətdən çıxmağı bacaracaq” – deyə V.Sadıqov bildirib: “Yaddan çıxarmayaq ki, “Qarabağ”ın bu məsələdə işi lap çətindir. Çünki bu klubun 7-8 futbolçusu həm də milli komandanın üzvüdür. Yəni, onlar eyni zamanda 3 cəbhədə - Avropa Liqası, Premyer Liqa və seçmə mərhələ oyunlarında mübarizə aparıblar. Bu isə o qədər də uzun ehtiyat oyunçular skamyasına malik olmayan komanda üçün əlavə çətinlik yaradır. Lakin “Qarabağ” dəfələrlə bu cür çətin vəziyyətdən çıxmağa qadir komanda olduğunu isbatlayıb və inanıram ki bu dəfə də isbatlayacaq”. Sadıqov bu komandalar arasında sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək VI tur qarşılaşmasına da münasibət bildirib: “Hər iki tərəf üçün çox ağır oyun olacaq. Az öncə qeyd etdiyim kimi, bu komandalar yaydan bu yana dincəlmək nə olduğunu bilmirlər. Mən konkret kimin qalib gəlmək şansının yüksək olduğunu deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, azarkeşləri maraqlı qarşılaşma gözləyir”.
Sadıqov sonda Bülənt Qorqmazın “Bakı”ya baş məşqçi gəlməsinə də münasibət bildirib: “Öncə onu deyim ki, Haciyevski “Bakı”da və Azərbaycan futbolunda özünəməxsus iz qoya bildi. O ki qaldı Bülənt Qorxmazın Azərbaycan futboluna faydalı olub-olmayacağına, bunu artıq zaman göstərəcək. Əgər “Bakı” rəhbərliyi belə qərar veribsə, deməli, ən düzgün olanı ediblər. Qarşısına Avropa səviyyəli klub yaratmaq məqsədi qoyan komanda türkiyəli qardaşımız olan Qorxmaza güvənməyə qərar verdi və inanıram ki, Bülənt də “Bakı” üçün faydalı seçim olacaq. Hər halda o, türk futbolunun ən məhşur simalarından biridir və qısa zamanda olsa belə, “Qalatasaray”ın baş məşqçisi postunu da tutub”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video
Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi
Vernidub: “Bu 4 ildə onlar ölkəsi üçün nə ediblər?” - Video
Mahir Emrelinin qolu - Video
"Tottenhem" nəhayət xal qazandı
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində