"Qəbələ” Futbol Akademiyası mövsümün ilk səfərinə start verib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət komanda Litvanın paytaxtı Vilnüsdə təşkil olunan “Ateitis Cup 2014” beynəlxalq turnirində mübarizəyə başlayıb. Mehman Yunusovun başçılıq etdiyi kollektiv Baltikyanı ölkədə oktyabrın 26-dək davam edəcək yarışın ilk günündə 3 matç keçirib. Turnirə uğurla başlayan komanda bu görüşlərdə 6 xal əldə edib.
U-15 ilk qarşılaşmasında “Feniks” (Kaunas, Latviya) komandası ilə görüşüb, 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” turnirə qələbə ilə başlamağı bacarıb. II turda Milli Futbol Akademiyası (Litva) ilə görüşən “Qəbələ” meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib. Növbəti qarşılaşmada “Dinamo” (Kiyev, Ukrayna) ilə üz-üzə gələn "Qəbələ" rəqibini böyükhesabla məğlub edib – 4:0.
Qeyd edək ki, B qrupunda çıxış edən “Qəbələ” bu gün Bakı vaxtı ilə saat 13:50-də “Minsk”, 19:40-da “Orbita”nı sınağa çəkəcək.
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb