Suaresin "El-Klassiko"da oynayıb-oynamayacağı dəqiqləşdi

Suaresin "El-Klassiko"da oynayıb-oynamayacağı dəqiqləşdi
XƏBƏR 24 Oktyabr 2014 / 20:37 9723
-  A +

"Barselona"nın futbolçusu Luis Suaresin İspaniya La Liqasında "Real"a qarşı sabahkı matçda oynayıb-oynamayacağı dəqiqləşib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yayığı xəbərə görə, 4 aylıq cəzası sabah başa çatacaq uruvaylı hücumçu "El-Klassiko"da meydanda olacaq. Ancaq o, əsas heyətdə yer almayacaq.

Məlumatı "Barsa"nın baş məşqçisi Luis Enrike də təsdiqləyib.

Qeyd edək ki, "Real" - "Barselona" görüşü sabah, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, Suares  "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün bu ilin iyun ayında FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?