Oktyabrın 23-də Qəbələ Stend və Ox Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinə start verilib.
APA-nın yerli bürosunun xəbərinə görə, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edir.
Yarışların ilk günündə qadın və kişilər pnevmatik tüfəngdən 10 və 25 metr məsafəyə atəş açmaq üzrə öz bacarığını nümayiş etdirib. Həmçinin, bu gün kişi və qadınlar arasında tapançadan 25 metr məsafəyə atəş açmaq və səngər stend atıcılığı üzrə yarışlar keçirilib. Bu yarışlarda Çin, İtaliya, Rusiya, Hindistan, Serbiya, Slovakiya, Avstarliya, ABŞ, Rusiya, Polşa, Monqolstan, Koreya, Meksika, Bolqarıstan və Sinqapurdan idmançıları iştirak edib. Səngər stend atıcılığı üzrə qadınların yarışında Suzana Rehak Stefekova (Slovakiya) birinci, Beaman Jo Janessa (ABŞ) ikinci, Caterine Skinner (Avstraliya) üçüncü, pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında kişilər arasında Nazar Louginets (Rusiya) birinci, Niccolo Campriani (İtaliya) ikinci, Zhu Qinan (ÇİN) üçüncü yeri tutub.
Bundan əlavə pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında qadınlar arasında Yi Siling (Çin) birinci, Andrea Arsoviç (Serbiya) ikinci, Şu Liuxi (Çin) üçüncü yeri tutub. Həmçinin, tapançadan 25 metr məsafəyə atəş açma yarışında isə qadınlar arasında Monika Karş (Almaniya) birinci, Gundegma Otryad (Monqolstan) ikinci, Jingjing Zhang (Çin) üçüncü yeri tutub.
Qeyd edək ki, olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsindən öncə bu il ərzində dünyanın müxtəlif ölkələrində 7 seçim mərhələsi (Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı (Qazaxstan) keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Bu yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunur. Qəbələdə keçirilən final yarışlarında dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq iştirak edir. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edir.
Qeyd edək ki, yarışlar oktyabrın 27-də başa çatacaq.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?